Bank Of Baku

Tramp Ciddədə baş tutacaq ABŞ-Ukrayna görüşünün yaxşı nəticələnəcəyinə ümid edir

Tramp Ciddədə baş tutacaq ABŞ-Ukrayna görüşünün yaxşı nəticələnəcəyinə ümid edir
# 10 mart 2025 06:51 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan sonra yaxşı nəticələr əldə olunacağına inanır.

APA xəbər verib ki, bu haqda o Ağ Evin mətbuat xidmətinin əməkdaşlarına açıqlaması zamanı danışıb.

"Düşünürəm ki, bu həftə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdən kifayət qədər yaxşı nəticələr görəcəksiniz", o bildirib.

Tramp həmçinin əlavə edib ki, o, Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR