Bank Of Baku

Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırılıb - CƏDVƏL

Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırılıb - CƏDVƏL
# 30 oktyabr 2026 14:48 (UTC +04:00)

Azərbaycan Respublikasının dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan vəsait hesabına keçirilən ölkə səviyyəli gənclər tədbirlərinə xərclərin ödənilməsi qaydası dəyişir.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, müsabiqə, olimpiada və s. qaliblərinin mükafatlandırılması üçün 150 manata qədər; dəftərxana (dəvətnamə, proqram, kağız, bloknot, qovluq və s. üçün), nəşriyyat və təsərrüfat xərcləri 25 manata qədər; tədbirlər zamanı çay, qəhvə fasiləsi 15 manata qədər vəsait ayrılacaq.

İndiyə qədər müsabiqə, olimpiada və s. qaliblərinin mükafatlandırılması üçün 80 manata qədər; dəftərxana (dəvətnamə, proqram, kağız, bloknot, qovluq və s. üçün), nəşriyyat və təsərrüfat xərcləri 15 manata qədər; tədbirlər zamanı çay, qəhvə fasiləsi 5 manata qədər vəsait ayrılırdı.

Qərara əsasən, mehmanxana xərcləri (1 nəfər üçün) də artırılıb.

Nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlar üçün 5 ulduzlu (1 otaqlı “Yarımlüks” kateqoriya); nümayəndə heyətinin üzvləri üçün 4 ulduzlu (1 otaqlı “Standart” kateqoriya)ayrılacaq.

Qərara əsasən, yemək və dəftərxana xərclərinə də dəyişiklik edilir.

Eyni zamanda Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri də yenilənib.

Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR