Paşha Bank
Bank Of Baku

Maliyyə Nazirliyi: Bu ay 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Maliyyə Nazirliyi: Bu ay 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib
# 30 oktyabr 2026 16:06 (UTC +04:00)

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin oktyabr ayı ərzində 5 depozit hərracı keçirilib.

“APA-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Hərraclarda ümumilikdə xəzinə hesabının 704 milyon manat məbləğində qalığı 28 və 56 günmüddətlərinə 6.5% orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Qeyd edək ki, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə müəyyən olunur. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR