Bank Of Baku

Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 23 may 2026 05:47 (UTC +04:00)

Tramp son anda aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, məsələ birbaşa ABŞ lideri ilə müzakirə olunub.

Nəşr qeyd edir ki, Vaşinqton danışıqlardan nəticə çıxmayacağı təqdirdə, Tehrana qarşı yeni hərbi addımlar variantını gündəmdə saxlayır.

Tramp daha əvvəl İranın mümkün razılaşmaya “müsbət cavab” verəcəyinə ümid etdiyini bildirib, əks halda hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR