ABŞ-nin 45-ci prezidenti Donald Tramp dələduzluq ittihamı üzrə girov qismində 175 milyon dollar ödəyib.
APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilib ki, sözü gedən məbləğ sığorta şirkətinin vəsaiti hesabına maliyyələşdirilib.
Sözü gedən epizod üzrə qərar fevralın 16-da çıxarılıb. Məhkəmə Donald Trampın üzərinə cərimə faizləri ilə birgə ümumilikdə 454 milyon dollarlıq zərərin tam ödənilməsi öhdəliyini qoyub.
Bununla yanaşı, ona Nyu-York ərazisindəki istənilən korporasiyada rəhbər vəzifə tutmaq qadağan edilib.
Qeyd edək ki, bu işlə bağlı məhkəmənin növbəti iclası 15 aprel tarixinə təyin edilib.
Fərid Azəri