Bank Of Baku

Tramp Eliz Stefanikin ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizədliyini geri götürüb

Tramp Eliz Stefanikin ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizədliyini geri götürüb
# 27 mart 2025 22:48 (UTC +04:00)

Ağ Ev ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri vəzifəsinə Eliz Stefanikin namizədliyini geri götürüb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.

"Missiyamızı yerinə yetirmək üçün vahid olmalıyıq və Eliz Stefanik lap əvvəldən səylərimizin mühüm hissəsi olub. Mən ən böyük müttəfiqlərimdən biri kimi Elizdən Konqresdə qalmasını xahiş etmişəm", - Tramp qeyd edib.

Onun yerinə kimin namizəd olacağı barədə heç bir açıqlama verilməyib.

Tramp noyabrda keçirilən seçkilərdə qalib gəldikdən qısa müddət sonra ABŞ-ı beynəlxalq qurumda təmsil etmək üçün Respublikaçı Eliz Stefaniki seçmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR