Bank Of Baku

Tramp “Flydubai” təyyarəsinin ikinci pilotunun İranla əlaqəsinin ola biləcəyini bildirib

Tramp “Flydubai” təyyarəsinin ikinci pilotunun İranla əlaqəsinin ola biləcəyini bildirib
# 02 oktyabr 2026 02:58 (UTC +04:00)

ABŞ administrasiyası Dubaydan Təl-Əvivə uçan “Flydubai” sərnişin təyyarəsinin ikinci pilotunun İranla əlaqəsinin ola biləcəyini istisna etmir.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Trampdan ikinci pilotun İranla mümkün əlaqəsi barədə məlumat alıb-almadığı soruşulub. ABŞ Prezidenti eşitdiyi məlumatlara əsasən, belə bir əlaqənin mümkün olduğunu bildirib.

O, eyni zamanda məsələnin araşdırılmasının davam etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR