Bank Of Baku

Tramp Harrisi “McDonald's”-da işləməklə bağlı yalan danışmaqda ittiham edib

Tramp Harrisi “McDonald
# 27 sentyabr 2024 07:13 (UTC +04:00)

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, demokrat rəqibi Kamala Harris əvvəllər "McDonald's" fast food şəbəkəsində işlədiyini deyərək yalan danışır.

APA xəbər verir ki, bu haqda Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında danışıb.

"Kamala heç vaxt “McDonald's”-da işləməyib. Onun tərcümeyi-halında "McDonald's"-ın adı var. Amma o, orada işləməyib. Bu yalandır", - deyə o, bildirib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris bir neçə dəfə tələbə olarkən “McDonald's”-da ştatdan kənar işlədiyini və orada kartof qızartdığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR