Bank Of Baku

Tramp həyatına sui-qəsdin araşdırılmasında səriştəsizliyinə görə FTB-ni tənqid edib

Tramp həyatına sui-qəsdin araşdırılmasında səriştəsizliyinə görə FTB-ni tənqid edib
# 26 iyul 2024 10:13 (UTC +04:00)

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Federal Təhqiqatlar Bürosunu (FTB) onun həyatına sui-qəsdin araşdırılmasında səriştəsizliyinə görə tənqid edib.

APA xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.

“FTB direktoru Kristofer Rey Konqresə dedi ki, mənim bir qırıntı, bir şüşə parçası və ya güllə ilə yaralandığıma əmin deyil. Xəstəxanada “qulağından güllə yarası” yazılıb", – ABŞ-ın keçmiş prezidenti deyib.

Tramp bildirib ki, kəşfiyyat direktorunun bu cür bəyanatları FTB-nin “ABŞ-ı rekord sürətlə basan terrorçular və digər cinayətkarlar haqqında heç nə bilmədiyini” açıq şəkildə nümayiş etdirir.

"Bir vaxtlar əfsanəvi FTB-nin Amerikanın etibarını itirməsi təəccüblü deyil!" - deyə siyasətçi fikirlərini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR