ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək ondan İrana zərbə endirməməsini istəyib.
APA xəbər verir ki, bu barədə “Axios” yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp Netanyahunu İrana hücumu dayandırmağa çağırıb.
Netanyahu isə Trampa deyib ki, o, zərbəni dayandıra bilməz, müəyyən cavab lazımdır. İsrail Baş naziri zərbələri dayandırmayıb, lakin azaltmaq qərarına gəlib.
***
15:34
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı aparır.
APA-nın məlumatına görə, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl Ağ Ev rəhbəri İsrail-İran münaqişəsində atəşkəsin hər iki tərəfdən pozulduğunu bildirib.