Respublikaçılar Partiyasından Prezidentliyə namizəd Donald Tramp İrandan gələ biləcək mümkün təhlükədən qorumaq üçün hərbi təyyarə və nəqliyyat vasitələri tələb edib.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, son bir neçə həftədə siyasətçinin seçki qərargahının nümayəndələri ABŞ Məxfi Xidmətinin rəhbərliyinə məktublar göndərərək, qurumun Trampın təhlükəsizliyini adekvat şəkildə təmin etməməsindən narazılıqlarını ifadə ediblər.