ABŞ Prezidenti Donald Tramp İranla Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmasından narazı qalaraq Omana təhdidlər səsləndirib.
Bu barədə “Associated Press” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, İranla bağlı vəziyyət Trampa getdikcə daha çox təzyiq yaradır. Tramp müharibəni tezliklə başa çatdıracağına, Tehranın mövqelərini zəiflədəcəyinə və daha sərfəli nüvə sazişinə nail olacağına söz verib.
İran isə danışıqlarda təzyiq vasitəsi kimi Hörmüz boğazına nəzarətindən istifadə edir.
Tramp daha əvvəl Omanı tənqid edərək İran və ABŞ arasındakı münaqişənin həllinə mane olacağı təqdirdə sultanlığı bombalamaqla hədələyib.