Avropa Liqası: “İnter” və “Qəbələ” III təsnifat mərhələsinin ilk oyunlarına çıxacaqlar

Avropa Liqası: “İnter” və “Qəbələ” III təsnifat mərhələsinin ilk oyunlarına çıxacaqlar
# 30 iyul 2015 04:45 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, “bankirlər” İspaniyada “Atletik”in qonağı olacaq. Tarixində ilk dəfə 3-cü mərhələyə adlayan “İnter” həm də ispan klubları ilə qarşılaşacaq ilk Azərbaycan klubu kimi tarixə düşəcək. Son 4 səfər oyununda qol vuran və yenilməyən “İnter” “San Mames” stadionunda da seriyasını davam etdirməyə çalışacaq.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” isə Kipr klubu “Apollon”la qarşılaşacaq. Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək. İlk iki mərhələdə keçirdiyi səfər oyunlarında məğlub olan əyalət klubu adadan sərfəli nəticə ilə dönməyə çalışacaq. Həm Tiflisdə “Dinamo”ya, həm də Belqradda “Çukariçki”yə minimal fərqlə yenilən, amma cavab oyununda bunun əvəzini çıxmağa nail olan Roman Qriqorçukun yetirmələri səfərdə ilk reytinq xalını əldə etmək əzmindədir.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

30 iyul

22:00. "Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan)

23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Bakı, Azərbaycan)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR