ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın onun danışıqlar keçirmək təklifinə cavab verdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Jurnalistlərdən biri Kim Çen Inın Trampın dialoq təşəbbüsünə cavab vermədiyini deyəndə, ABŞ Prezidenti “Bunu haradan bilirsiniz?” deyə soruşub.
Jurnalistin cavabın daxil olub-olmadığı ilə bağlı dəqiqləşdirici sualına Tramp “bəli” cavabını verib.