ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla aralarında qarşılıqlı anlaşmanın olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Kim Çen In həmişə mənə böyük hörmətlə yanaşıb. Biz dəfələrlə görüşmüşük. Əsasən iki dəfə. Görüşüb söhbət etmişik. Mən onu başa düşürəm, o da məni başa düşür”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu da vurğulayıb.
Tramp, həmçinin Kim Çen Inın danışıqlar keçirmək təklifinə cavab verib-vermədiyi ilə bağlı suala müsbət cavab verib.
“Bu, çox müsbətdir”, – deyə ABŞ Prezidenti qeyd edib. O, cavabın təfərrüatlarını açıqlamayıb.
***
22:17
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın onun danışıqlar keçirmək təklifinə cavab verdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Jurnalistlərdən biri Kim Çen Inın Trampın dialoq təşəbbüsünə cavab vermədiyini deyəndə, ABŞ Prezidenti “Bunu haradan bilirsiniz?” deyə soruşub.
Jurnalistin cavabın daxil olub-olmadığı ilə bağlı dəqiqləşdirici sualına Tramp “bəli” cavabını verib.