Bank Of Baku

Tramp: İran nüvə proqramı ilə bağlı zəruri hesab etdiyim sazişi imzalamayacaq

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 17 avqust 2026 22:24 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramının dayandırılması ilə bağlı danışıqlara münasibət bildirib.

APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

Tramp Vaşinqtonla Tehran arasında mümkün razılaşma barədə suala cavabında İranın saziş istədiyini, lakin ABŞ-ın tələb etdiyi şərtlərlə razılaşmayacağını deyib.

“Onlar saziş istəyirlər, amma mənim zəruri hesab etdiyim sazişi imzalamayacaqlar”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.

“Bizim orada olmağımızın bir səbəbi var, İran nüvə silahına malik ola bilməz”, – deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR