Gəncədə iki avtomobil toqquşub.
APA-nın yerli bürosunun məlumatına görə, Yeni Gəncə yaşayış massivi ərazisində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü O. Hüseynova, 2021-ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova xəsarət alıb.
Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.