“Hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 nəfər tənha ahıl və ya əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir”.
APA xəbər verir ki, bunu ötən ilin yekunları və qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Behbudov bildirib. Onun sözlərinə görə, həmin vətəndaşlardan 4326 nəfəri ahıl, 615 nəfəri isə 70 yaşdan aşağı olan, tənha yaşayan şəxslərdir:
“Evdə sosial-məişət xidməti göstərilən 4941 vətəndaşın 821 nəfəri əlilliyi olan şəxslərdir. Hazırda 739 sosial xidmətçi və 27 sosial agent tərəfindən 4941 nəfər vətəndaşa evdə sosial-məişət xidməti göstərilir”.
V. Behbudov deyib ki, sosial-məişət xidməti göstərilən ən yaşlı vətəndaş Qazax rayonu, Kəmərli kənd sakini 1912-ci il təvəllüdlü (110 yaşlı) İsgəndərova Leyli Cahangir qızıdır.
Çingiz Səfərli