“Bank VTB (Azərbaycan)” manatla kredit təkliflərini genişləndirir

“Bank VTB (Azərbaycan)” manatla kredit təkliflərini genişləndirir
# 19 avqust 2015 11:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank VTB (Azərbaycan)” müştəriləri üçün təklif etdiyi manat kreditlərinin çeşidini genişləndirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari həftədən etibarən bankın bütün filiallarında “Nağd kreditlər” və “Girovlu istehlak krediti”-ni manatla almaq mümkündür.

Nağd kreditlər məhsulu üzrə müştərilər 300 manatdan 11 min manatadək kredit götürə bilər. Kreditin müddəti 6 aydan 36 ayadəkdir.

Girovlu istehlak krediti üzrə təklif olunan məbləğ 3 min manatdan 50 min manatadək təşkil edir. Kredit daha uzun müddətə verilir – müştərilərə kredit 6 aydan 60 ayadək təklif olunur. Kredit üzrə komissiya yoxdur.

“Hazırda bazarda məhz manatla kreditlərə böyük tələbat var. Bunu nəzərə alaraq bankımız milli valyutada kreditləşməni genişləndirir. Bunun üçün bankın kifayət qədər manat resurslarının olması da buna əlverişli zəmin yaradır”- deyə, bank “VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC “VTB Bank ASC”nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR