Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsi, "Donuzçuluq sovxozu" deyilən ərazidə baş verib.
2007-ci il təvəllüdlü Davudova Sevil Həsənağa qızı və 1974-cü il təvəllüdlü İbrahimova Nəzakət Nazim qızını minik avtomobili vurub. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.