Turkiyə təyyarələri PKK mövqelərinə hava zərbələri endirib

Turkiyə təyyarələri PKK mövqelərinə hava zərbələri endirib
# 31 iyul 2015 21:47 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələri PKK-ın İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hərbi əməliyyata 30-dan çox təyyarə cəlb edilib.

Məlumata əsasən, terrorçuların mövqeləri və silah-sursat anbarları məhv edilib.

Qeyd edək ki, iyulun 31-də Türkiyə baş naziri Əhməd Davudoğlu əməliyyatların silahlar yerə qoyulanadək davam edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR