Lənkəranda naməlum əşyanın partlaması nəticəsində 10 yaşlı uşaq xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.
İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Şəhriyar Məhərrəmzadə naməlum əşya ilə oynayan zaman partlayış baş verib. Nəticədə sol ayağından xəsarət alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.