Con Kirbi: "İŞİD-ə qarşı mübarizə üçün uçuşsuz zonalar yaradılmayacaq"

Con Kirbi: "İŞİD-ə qarşı mübarizə üçün uçuşsuz zonalar yaradılmayacaq"
# 28 iyul 2015 22:05 (UTC +04:00)

Bakı-APA. ABŞ və Türkiyə Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizə üçün uçuşsuz zonalar yaratmayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Biz regionu İŞİD-dən təmizləməyə çalışırıq. Ötən illərdə müzakirə olunan təhlükəsizlik və uçuşsuz zonaların tətbiqi gündəmdə deyil”, deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, koalisiyanın səyləri həmsərhəd vilayətlərinə yönələcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ Türkiyə ilə Suriyanın şimalında İŞİD terror qruplaşmasına qarşı birgə kampaniyaların genişləndirilməsi barədə danışıqlar apardığını təsdiqləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR