Bakıda binada yanğın zamanı qadın yanğınsöndürənlər tərəfindən xilas edilib

Bakıda  binada yanğın zamanı qadın yanğınsöndürənlər tərəfindən xilas edilib
# 09 avqust 2015 05:02 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gecə yaşayış binasında yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 kv.m sahədə və plastik qapı əriyib. Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanğınsöndürənlər tərəfindən xilas olunub və aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR