Bank Of Baku

Türkiyədə son sutkada koronavirusdan 168 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 168 nəfər ölüb
# 19 avqust 2021 00:04 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 168 nəfər həyatını itirib.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 295 206 nəfər test edilib, onların 19 944-nün koronavirus testi pozitiv nəticə verib, 15 537 nəfər sağalıb. 

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 86 413 722 peyvənd tətbiq edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR