Bank Of Baku

Vision Invest rəsmisi: Dayanıqlılığın artıq ölçülə bilən iqtisadi dəyəri var

Vision Invest şirkətinin Aktivlərin İdarəedilməsi və Dəyərin Reallaşdırılması üzrə baş vitse-prezidenti Zaki Sumar

© APA | Vision Invest şirkətinin Aktivlərin İdarəedilməsi və Dəyərin Reallaşdırılması üzrə baş vitse-prezidenti Zaki Sumar

# 17 iyun 2026 15:44 (UTC +04:00)

Sərhədlərarası infrastruktur layihələrinin uğuru üçün əsas şərtlərdən biri investisiya cəlb edə biləcək real və dayanıqlı tələbin formalaşdırılmasıdır.

APA xəbər verir ki, bunu Vision Invest şirkətinin Aktivlərin İdarəedilməsi və Dəyərin Reallaşdırılması üzrə baş vitse-prezidenti Zaki Sumar Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Regional əlaqəlilik üçün sərhədlərarası infrastruktur üzrə dövlət-özəl tərəfdaşlıqları (PPP)” adlı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, özəl investorlar üçün ilk növbədə layihənin iqtisadi əsaslandırılması və bazar tələbinin mövcudluğu vacibdir:
“Ən önəmli məsələ banklar və investorlar tərəfindən maliyyələşdirilə bilən tələbin mövcudluğudur. Bu tələb istehlakçılar, kommunal xidmət şirkətləri, sifarişçilər və digər bazar iştirakçıları arasında formalaşmalı, həmçinin müxtəlif ölkələr üzrə davamlılığı və həcmi qiymətləndirilməlidir”.

Sumar bildirib ki, son illərdə baş verən qlobal hadisələr dayanıqlılığın (resilience) əhəmiyyətini daha da artırıb:
“Son aylarda yaşanan proseslər göstərdi ki, dayanıqlılığın artıq real iqtisadi dəyəri var. Bu göstəricini ölçmək və qiymətləndirmək mümkündür. Əvvəllər bu anlayış daha çox nəzəri xarakter daşıyırdısa, indi konkret iqtisadi meyara çevrilib”.

O qeyd edib ki, sərhədlərarası infrastruktur layihələri enerji və su təhlükəsizliyi kimi strateji məsələlərin həllinə töhfə verirsə, onların investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artır:
“Əgər layihələr müxtəlif ölkələrin sistemləri arasında uyğunluğu təmin edir, ehtiyat imkanları yaradır, enerji və su təhlükəsizliyini gücləndirirsə, onlar həm iqtisadi baxımdan gəlirli, həm də investorlar üçün daha maraqlı olur”.

Sumar vurğulayıb ki, məhz bu amillər beynəlxalq investorların sərhədlərarası infrastruktur layihələrinə marağını artıran əsas faktorlar sırasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR