AMEA-nın magistraturasına qəbul olmuş bakalavrların qeydiyyatı başlayıb

AMEA-nın magistraturasına qəbul olmuş bakalavrların qeydiyyatı başlayıb
# 29 iyun 2015 08:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün 2015-2016-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmuş bakalavrların qeydiyyatı başlayıb.


AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeydiyyat iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək AMEA-nın Elm və Təhsil İdarəsinin təhsil şöbəsində aparılacaq.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil), 4 ədəd fotoşəkil (3×4 sm), magistraturaya qəbul imtahanının nəticələri haqqında məlumat tələb olunur.

Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından çıxarılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR