ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə birgə fotosunu 1945-ci ildə keçirilmiş Yalta konfransının tarixi görüntüsü ilə müqayisə edib.
APA xəbər verir ki, Amerika lideri “Truth Social” hesabında “Böyük güclər: 1945, 2026” başlığı ilə kollaj paylaşıb.
Kollajın sol tərəfində SSRİ lideri İosif Stalin, ABŞ Prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin 1945-ci ildə Yalta konfransında çəkilmiş fotosu yer alıb.
Sağ tərəfdə isə Vladimir Putin, Si Cinpin və Donald Trampın birgə görüntüsü əks olunub.
Qeyd edək ki, 1945-ci ilin fevralında keçirilən Yalta konfransında müttəfiq dövlətlərin liderləri İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizamın formalaşdırılması ilə bağlı məsələləri müzakirə etmişdilər.