Paşha Bank
Bank Of Baku

Liviyada silahlı qrup neft kəmərini bağlayıb, 30 milyon dollardan çox ziyan dəyib

Liviyada silahlı qrup neft kəmərini bağlayıb, 30 milyon dollardan çox ziyan dəyib
# 22 noyabr 2026 02:31 (UTC +04:00)

Liviyada silahlı qrupun “Əl-Hamada” neft kəmərini bağlaması nəticəsində ölkəyə 30,7 milyon dollardan çox maliyyə ziyanı dəyib.

APA xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (NOC) məlumat yayıb.

Bildirilib ki, “Əl-Hamada” yatağını Əz-Zaviyədəki ölkənin ən böyük neft emalı zavodu ilə birləşdirən kəmər 20 gündən artıqdır bağlıdır.

Nəticədə neft hasilatı azalıb və ciddi maliyyə itkiləri yaranıb.

Korporasiyanın məlumatına görə, kəmərin bağlanması səbəbindən hasil edilməyən neftin həcmi 302 778 barelə çatıb. Bunun dəyəri 30,7 milyon dolları ötür.

Gündəlik itki orta hesabla 14 418 barel və ya təxminən 1,47 milyon dollar təşkil edir.

NOC qeyd edib ki, təsirə məruz qalan yataqların istismar xərcləri də əlavə maliyyə itkisinə səbəb olur.

Korporasiya neft infrastrukturuna müdaxilələri pisləyərək aidiyyəti qurumları kəmərin fəaliyyətinin bərpası üçün tədbirlər görməyə çağırıb.

Liviyanın Milli Neft Korporasiyası bildirib ki, bu cür hadisələr ölkənin neft sektoruna investisiya cəlb etmək və beynəlxalq enerji şirkətlərinin etimadını bərpa etmək səylərinə zərbə vurur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR