Bank Of Baku

Tramp Qətərə zərbə endirilməsini ABŞ-la İsrailin maraqlarına uyğun hesab etmir

ABŞ-ın vitse-prezidenti Ceyms Vens

© APA | ABŞ-ın vitse-prezidenti Ceyms Vens

# 10 sentyabr 2025 14:38 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Dohaya hava zərbəsinin endirilməsini İsrail və ABŞ-ın strateji maraqlarına uyğun hesab etmir.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens “One America News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrailin Dohaya hücumu nəticəsində ehtimal ki, HAMAS-dan “bir neçə çox pis adam” məhv edilib.

“Prezident Donald Tramp Dohanın bombalanmasının İsrail və ABŞ-ın maraqlarına uyğun olmadığını düşünür və bunu bəyənmir”, - Vens qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR