Bank Of Baku

Tramp: Qəzza zolağı yaşamaq üçün yararsızdır

Tramp: Qəzza zolağı yaşamaq üçün yararsızdır
# 10 oktyabr 2025 01:30 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Qəzza zolağı yaşayış üçün yararsızdır, lakin gələcəkdə regionun zəngin ölkələrinin iştirakı ilə yenidən qurulacaq.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Nazirlər Kabinetinin iclasında danışıb.

"Hazırda Qəzza yaşayış üçün yararsızdır. Bu, dəhşətli vəziyyətdir. Heç kim belə bir şey görməyib. Biz insanlar üçün daha yaxşı şərait yaradacağıq. Qəzza zamanla yenidən qurulacaq. Dünyanın bu hissəsindəki bəzi ölkələrin böyük sərvətləri var. Sahib olduqlarının kiçik bir hissəsi Qəzza üçün möcüzələr yaradacaq. Düşünürəm ki, bəzi gözəl ölkələr addım atacaq, çoxlu pul yatıracaq və problemləri həll edəcək", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR