Dünyada neft emalı zavodlarının çatışmazlığı qlobal dizel böhranına səbəb olur.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə dizel yanacağının yüksək qiymətləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Problem neft emalı zavodlarının çatışmazlığındadır”, – Tramp deyib.
ABŞ Prezidenti benzin qiymətlərinin artmasına Ukraynadakı vəziyyətin də təsir etdiyini bildirib.