Azərbaycan prezidenti Münhendə Türkiyənin baş naziri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti Münhendə Türkiyənin baş naziri ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 18 fevral 2017 11:21 (UTC +04:00)

Fevralın 18-də Münhendə Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyənin baş naziri Binəli Yıldırımın görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycanla Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdiyi, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR