Qaxda 58 yaşlı kişi özünü öldürüb

Qaxda 58 yaşlı kişi özünü öldürüb
# 09 sentyabr 2015 08:49 (UTC +04:00)

Qax. Vüqar Heydərov – APA. Qax rayonunda intihar hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Qurami Şotayeviç Rostyaşvili yaşadığı evin həyətində alma ağacından özünü asıb. Onun ağacdan asılmış meyitini qonşuları tərəfindən aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Q. Rostyaşvilinin 3 övladı var.

Faktla bağlı Qax Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR