Azərbaycan prezidenti iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Koreya birgə komissiyasının tərkibini təsdiqləyib

Azərbaycan prezidenti iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Koreya birgə komissiyasının tərkibini təsdiqləyib
# 10 avqust 2015 16:23 (UTC +04:00)

APA-nın məlumatına görə, komissiyanın həmsədri Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov təyin edilib.

Komissiyanın üzvləri:

Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Rəmzi Teymurov - Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xəzər Fərhadov - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.

Azərbaycan Xarici İşlər Nazirliyinə Koreya tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR