ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması barədə razılıq əldə olunduğunu açıqlayıb.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Rusiya və Ukrayna arasındakı müharibədə enerji atəşkəsi dərhal qüvvəyə minir. Hər iki tərəf razılıq verib. Onu pozmayın!” – ABŞ Prezidenti bildirib.
Tramp paylaşımında məsələyə göstərilən diqqətə görə təşəkkür edib.
Qeyd edək ki, razılaşmanın şərtləri və müddəti barədə əlavə məlumat açıqlanmayıb.