Bank Of Baku

Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi

Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi
# 20 iyun 2026 00:14 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiyanın iştirak etdiyi G8 formatı saxlanılsaydı, Ukrayna böhranı baş verməyə bilərdi.

O, bu barədə "Axios" portalına müsahibəsində bildirib.

“G8 saxlanılmalı idi. Əgər bu baş versəydi, yəqin ki, Rusiya ilə Ukrayna arasında müharibə olmazdı. Lakin Barak Obama Putini orada görmək istəmirdi. Düşünürəm ki, daha bir neçə lider də eyni mövqedə idi”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, əvvəllər mövcud olan G8 formatının qorunub saxlanılması daha doğru qərar olardı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR