Bank Of Baku

Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib

Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib
# 14 iyul 2024 05:15 (UTC +04:00)

Tramp sui-qəsd cəhdindən sonra təhlükəsizlik qüvvələrinə təşəkkür edib və yaralılara başsağlığı verib

APA xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını “Truth” sosial şəbəkəsindəki şəxsi hesabından verib.

Siyasətçi atışmaya operativ reaksiya verdiyinə görə ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bundan əvvəl Trampın oğlu atasının vəziyyətinin yaxşı olduğunu demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR