Bank Of Baku

Tramp Türkiyədə NATO sammitindən sonra mümkün təhlükə səbəbindən təyyarəsini dəyişdiyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 12 avqust 2026 10:31 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyədən “Air Force One”la deyil, başqa ABŞ hərbi təyyarəsi ilə ayrıldığını təsdiqləyib.

APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərə bildirib.

“Bu, yalnız Məxfi Xidmətdən asılıdır. Mən sadəcə onların məndən etməyimi istədiklərini edirəm”, - ABŞ lideri deyib.

Məlumata görə, Tramp Ankarada əvvəlcə “Air Force One”a minib və bu, jurnalistlər tərəfindən lentə alınıb, daha sonra təhlükəsizlik əməliyyatı çərçivəsində gizli şəkildə başqa ABŞ hərbi təyyarəsinə keçirilib.

“The Washington Post”un məlumatına görə, buna səbəb İran tərəfindən Trampa qarşı mümkün sui-qəsd təhlükəsi olub. Qəzetin yazdığına görə, əməliyyat zamanı Tramp hava limanında iaşə maşını vasitəsilə başqa təyyarəyə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR