Bank Of Baku

Tramp Venesuelada ABŞ hərbi bazasının yaradılması imkanını istisna etməyib

Tramp Venesuelada ABŞ hərbi bazasının yaradılması imkanını istisna etməyib
# 02 oktyabr 2026 02:30 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisində Amerika hərbi bazasının yaradılması imkanını istisna etməyib.

APA xəbər verir ki, Tramp bunu Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ-ın Venesuelada və ya Cənubi Amerikanın başqa bir ölkəsində hərbi baza yaradıb-yaratmayacağı ilə bağlı suala cavab verən Tramp müxtəlif variantların nəzərdən keçirildiyini deyib.

ABŞ Prezidenti Vaşinqtonla Karakas arasında münasibətlərin yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Venesueladan böyük həcmdə neft alır və bundan hər iki tərəf gəlir əldə edir.

Tramp, həmçinin ABŞ-ın strateji neft ehtiyatlarını aşağı qiymətə alınan Venesuela nefti hesabına yenidən doldurmağa başlayacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR