Avropa ölkələrinin dünyada dizel yanacağı ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün mövcud ehtiyatlarından istifadə edəcəyi gözlənilir.
Bunu ABŞ-ın energetika naziri Kris Rayt “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropanın böyük həcmdə dizel ehtiyatları var və artıq həmin ehtiyatlardan istifadə etməyin vaxtıdır.
Rayt Avropanın mövcud vəziyyətdə kömək etmək imkanına malik olduğunu və bunun baş verəcəyinə əminliyini ifadə edib.