“30 ildən, Zəfərimizdən sonra Milli Musiqi Günümüzü Şuşamızda qeyd etmək böyük bir qürur hissidir. Dahi Üzeyir Hacıbəyovun ad gününü onun heykəlinin qarşısında əsərlərini səsləndirməklə qeyd edəcəyik ”.
Bunu APA-ya açıqlamasında xanəndə, Xalq artisti Mənsum İbrahimov bildirib.
M. İbrahimov deyib ki, bu, böyük bir bayramdır: “Mən buna görə Ali Baş Komandanımıza, Ali Bş Komandanımızın rəhbərlik etdiyi Ordumuza təşəkkür edir, qazilərimizin, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bu bayramı məhz onlar bizə yaşatdılar. Biz iki gündür Şuşadayıq, igidlərimizin o sıldırım qayalardan dırmaşaraq bu tarixi şəhərimizi bizə qaytarmaqlarına çox şadıq. Böyük korifeylərimizin – Üzeyirin, Cabbarın, Seyidin, Xanın, Bülbülün ruhları bu gün çox şaddır ki, artıq onların musiqiləri bu gün Şuşada səslənir”.
Xalq artisti özünü çox xoşbəxt hiss etdiyini vurğulayıb: “Mənim uşaqlığım Şuşada keçib, hər yay bura lagerə gəlirdik. Mən Şuşanın hər cığrını, daşını əzbərdən bilirəm, İsa bulağından su içmişəm. Bunu sözlə ifadə etmək çox çətindir. Bu gün də sənətkarlar, musiqisevərlər, şuşalılarla Şuşadayıq. Bir azdan burada Milli musiqilərimiz səslənəcək, Üzeyir Hacıbəyovun ruhu şad olacaq. Bundan sonra hər il dahi Üzeyir Hacıbəyovun ad günü ilə bağlı tədbirlər buradan start götürəcək”.
M. İbrahimov zəfərdən 6 ay sonra Şuşada Xarı Bülbül Festivalında iştirak etdiyini xatırladıb: “Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Cıdır düzündə möhtəşəm bir festival təşkil olundu. Bütün dünyaya mesaj verildi ki, bu torpaqların sahibləri qayıtdı. Digər önəmli məqam festivalın birinci günü Azərbaycanda yaşayan bütün azsaylı xalqların hamısının milli musiqilərinin səslənməsi idi. Biz tolerant xalqıq, birlikdəyik, birik, hər kəsə qucaq açmışıq. Hər kəsə özümüz kimi baxırıq. Şuşa 30 il işğal altında olub, viran qoyublar. Biz isə 1 ilə yaxındır gəlmişik, artıq tikir, qurur, yol çəkir, hər yerə mədəniyyət gətiririk. Biz hər yerə mədəniyyət gətiririk, çünki qədim mədəniyyətə malik bir xalqıq. Biz sivillərə qarşı mübarizə aparmamışıq, döyüşməmişik. Amma mənfur qonşularımız illərlə qəbiristanlıqları dağıtdılar, qadınlarımıza, uşaqlarımıza qarşı vəhşiliklərə yol verdilər. Müharibənin qayda-qanunları var, ordular, əsgərlər döyüşər. Biz heç vaxt mülki insanlara toxunmadıq, heç bir ölkənin ərazisinə təcavüz etmədik, daxil olmadıq. Biz öz torpağımızı istədik, öz torpağımızı geri qaytardıq”.
Mənsum İbrahimov: “Milli Musiqi Gününü Şuşamızda qeyd etmək böyük qürur hissidir" - VİDEO
© APA | Mənsum İbrahimov, Xalq artisti, xanəndə
Mədəniyyət siyasəti
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransda birgə Bəyannamə qəbul olunub
Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb - FOTO
Xəbər Lenti
İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb
Tramp: İrana zərbələrin davam etməsinə baxmayaraq, razılaşma mümkündür
Ərdoğan: Türkiyə NATO-nun ən güclü tərəfdaşlarından biri olaraq qalır
Reuters: İranın Kiş adası yaxınlığında iki partlayış baş verib
Tramp Netanyahuya dəstəyini dayandırmadığını bildirib
CNN: Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyəcək
Kallas: Rusiyaya qarşı sanksiyalar Aİ iqtisadiyyatına zərər vurur
ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik
NYT: Tramp Konqresi İrana qarşı hərbi əməliyyatların bərpası barədə məlumatlandırıb
Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub
ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb
ABŞ Prezidenti: İran memorandumun şərtlərinə əməl etmədi
Tramp: ABŞ yaxın günlərdə İrana zərbələri davam etdirəcək
Brent markalı neftin qiyməti 80 dolları ötüb
BMT baş katibi Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının tərəfdarıdır
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
ABŞ bir neçə saat sonra İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
Zelenski “Freyja” hava hücumundan müdafiə sisteminin işə düşəcəyi tarixi açıqlayıb
Kallas: Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini iyulun 15-də razılaşdırmağa çalışacaq
Macarıstan parlamenti prezidentin vəzifədən uzaqlaşdırılmasına dair konstitusiya dəyişikliyini qəbul edib
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib
İsrail 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı səsverməni təxirə salıb
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Böyük Britaniya Aİ-nin Ukraynanın hərbi maliyyələşdirilməsi proqramına qoşulub
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır
DİM: Beynəlxalq dil sertifikatlarının qəbul edilməməsi ilə bağlı iddialar doğru deyil
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir - FOTO
PSJ Luka Dinin transferini tamamlamağa yaxındır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - FOTO - VİDEO - YENİLƏNİB-1
Avropanın 9 ölkəsi Ukrayna ilə antiballistik raket koalisiyası barədə razılığa gəlib
Ərdoğan bölgədə sülhün təmin olunması üçün Trampla əməkdaşlığı davam etdirəcəklərini deyib
ABŞ Ədliyyə Nazirliyi və Pentaqon məlumat sızmalarına qarşı birgə işçi qrupu yaradıb
Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda Suriya, Qazaxıstan və Özbəkistan nümayəndələri ilə görüşüb
Şuşa Qlobal Media Forumu: Həqiqətin bərpası və sülh gündəliyinin beynəlxalq platforması - RƏY
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
Deputat: Prezidentin Şuşa Forumunda fikirləri Azərbaycanın gələcək xarici siyasət prioritetlərini ortaya qoyur
Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib
Baş katib: Ümid edirik ki, D-8 Media Mükəmməllik Mərkəzi qısa zamanda fəaliyyətə başlayacaq
Azərbaycan Nyu-Yorkda Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda təmsil olunub
Umud Mirzəyev: Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyəti üçün mühüm əməkdaşlıq platformasına çevrilib
Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir
Milli Məclisin sədri Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
Rumıniya Senatının nümayəndə heyəti Xankəndiyə səfər edib
AMB-də media nümayəndələri üçün maliyyə sektorunda kibertəhlükəsizliklə bağlı təlim keçirilib
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub