Rusiya Müdafiə Nazirliyi Hələbdə növbəti humanitar fasilənin tətbiq olunması üçün əsas şərtini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Hələbdə növbəti humanitar fasilənin tətbiq olunması üçün əsas şərtini açıqlayıb
# 12 noyabr 2016 10:40 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi Hələbdə növbəti humanitar fasilənin tətbiq olunması üçün əsas şərtini açıqlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya MN-nin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. O deyib ki, Hələbdə növbəti humanitar fasilənin tətbiq edilməsi üçün əsas şərt Suriyadakı BMT humanitar missiyasının şərq rayonlarına humanitar yardımın çatdırılmasının təşkil edilməsinə, oradan yaralı və xəstələrin təxliyə edilməsinə hazır olmasıdır: “Bundan əvvəlki humanitar fasilələr təcrübəsi onu göstərdi ki, BMT nümayəndələri tərəfindən Hələbdəki terrorçularla razılığın əldə olunması ilə bağlı verilən təminatlar sözdən başqa şey deyil. Suriyadakı BMT humanitar missiyasının nümayəndələri Hələbə humanitar yükün çatdırılması və oradan yaralı və xəstələrin təxliyyə olunmasına hazır olduqlarını təsdiqləyən kimi, Rusiya Müdafiə Nazirliyi də yeni humanitar fasilənin tətbiq olunmasının mümkünlüyünə hər an baxmağa hazır olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR