Məmmədyarov: “BMT Təhlükəsizlik Şurası “soyuq müharibə” dövründəki formatda fəaliyyət göstərir”

Məmmədyarov: “BMT Təhlükəsizlik Şurası “soyuq müharibə” dövründəki formatda fəaliyyət göstərir”
# 06 aprel 2018 15:41 (UTC +04:00)

“BMT Təhlükəsizlik Şurası “soyuq müharibə” dövründəki formatda fəaliyyət göstərir. BMT müzakirələr üçün unikal müstəvidir. Ancaq Təhlükəsizlik Şurasında islahatlar tələb olunur”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının aralıq nazirlər konfransının bağlanış mərasimində çıxışında deyib. O bildirib ki, birlik çox vacib prinsipdir, beynəlxalq qanunlar ətrafında birlik olmalıdır: “Ümumiyyətlə, bütün beynəlxalq sənədlərin məğzi eynidir, amma bütün bu prinsiplərə əməl etməliyik. Beynəlxalq səviyyədə tanınmış sərhədlər güclə dəyişdirilməməlidir”.

Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat isə hazırda “soyuq müharibə”nin yaranması üçün yeni cəhdlər göstərildiyini söyləyib: “Məhz bu səbəbdən bu gün Bakıda toplaşmışıq və biz beynəlxalq hüquq prinsiplərini qüvvədə saxlamalıyıq. Biz siyasi mövqelərimizi əlaqələndirməliyik ki, gücə malik olaq. Yalnız BMT çərçivəsində deyil, müxtəlif forumlarda güclü olaq ki, münaqişələrin və daxili işlərə müdaxilələrin qarşısını alaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR