Türk Dövlətləri Təşkilatı (TDT) artıq cazibə mərkəzinə çevrilir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.
O, Mərkəzi Asiya ölkələri ilə də münasibətlərin dərinləşdiyini qeyd edərək, TDT-nın nümunəvi əməkdaşlıq modeli halına gəldiyini vurğulayıb: “Birlik və bərabərliyimizi gücləndirəcəyik”.
Türkiyə lideri, həmçinin, əlavə edib ki, ölkəsi uyğur türklərinin təməl haqq və azadlıqlarını Çinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaq şərti ilə müdafiə etməyə davam edəcək.