Göyçay sakini kəsdiyi ağacın altında qalaraq ölüb

Göyçay sakini kəsdiyi ağacın altında qalaraq ölüb
# 27 fevral 2017 07:22 (UTC +04:00)

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xəlitli kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Rəşad Elşad oğlu pomidor istixanası qurmaq məqsədilə öz həyətindəki qovaq ağacını kəsən zaman ehtiyatsızlıq edib və əsən güclü külək ağacı onun üzərinə aşırıb. Ağır bədən xəsarətləri alan Rəşad Xəlilov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR