Ağdam rayonunda işğalın 22 illiyinə həsr olunan tədbir keçirilib - VİDEO

Ağdam rayonunda işğalın 22 illiyinə həsr olunan tədbir keçirilib - <span style="color: red;">VİDEO
# 23 iyul 2015 10:14 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu – APA. Azərbaycanın Ağdam şəhəri və ətraf yaşayış məntəqələrinin Ermənistan ordusu tərəfindən işğal olunmasının 22 illiyi münasibətilə Ağdam rayonunda tədbir keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Milli Məclisin deputatı Elman Məmmədov, rayondan olan keçmiş döyüşçülər və ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edənlər 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı istilaçılıq siyasətindən bəhs ediblər. Bildirilib ki, 1988-ci ilin fevralından başlanan hərbi-siyasi proseslərin, ermənilərin separatçı hərəkətlərinin və müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqların müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sonra tarixi Soltanpud təpəsində şəhidlərin xatirəsinə qurulan abidə kompleksində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda həlak olan soydaşlarımızın ruhlarına dualar oxunub.

Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya ilə davam edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR