Təhsil naziri BDU-nun bir qrup əməkdaşını yubiley medalı ilə təltif edib

Təhsil naziri BDU-nun bir qrup əməkdaşını yubiley medalı ilə təltif edib
# 26 noyabr 2019 10:37 (UTC +04:00)

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 iliiyi münasibəti ilə universitetin bir qrup əməkdaşının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrə əsasən, elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR