Bank Of Baku

ÜST: 110-dan çox ölkə peyvənd hədəfimizdən geri qalır

ÜST: 110-dan çox ölkə peyvənd hədəfimizdən geri qalır
# 14 fevral 2022 21:22 (UTC +04:00)

Hazırda dünyanın 116 ölkəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin ən azı 70%-nin peyvənd edilməsi məqsədinə çata bilmir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Hazırda 116 ölkə əhalinin 70%-ni peyvənd etmək kimi hədəfimizdən geri qalır”,-deyə Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bəzi ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması koronavirusun digər variantlarının yayılmasına səbəb olur.

Qebreyesus bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala biləcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR