AFB ötən ili 2,5 mln. manatlıq mənfəətlə başa vurub

AFB ötən ili 2,5 mln. manatlıq mənfəətlə başa vurub
# 02 fevral 2017 07:56 (UTC +04:00)

“AFB Bank” ASC-nin aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 300,446 mln. manat təşkil edib ki, bu da ötən ilin III rübü ilə müqayisədə 2,25% çoxdur. “APA-Economics” xəbər verir ki, bankın kredit portfeli hesabat dövrü ərzində 8,9% artaraq 225,399 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,7% azalaraq 96,724 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 23,711 mln. manat təşkil edib. Bankın öhdəlikləri hesabat dövründə 5,6% artaraq 219,312 mln. manat təşkil edib.

Bir il ərzində bankın nizamnamə kapitalı isə dəyişməyərək 70 mln. 393 min 455 manat təşkil edib.

Hesabat dövründə bankın gəlirləri 36,342 mln. manat, xərcləri isə 13,836 mln. manat təşkil edib.

Ötən il bankın əldə etdiyi mənfəət 2 mln. 554 min 217,34 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR